» » » Nazirdən Nuriyyə Əhmədovanın yası ilə bağlı tapşırıq

Nazirdən Nuriyyə Əhmədovanın yası ilə bağlı tapşırıq

Nazirdən Nuriyyə Əhmədovanın yası ilə bağlı tapşırıq

“Ailəsinə maddi kömək göstəriləcək”.

Oktyabrın 10-da ürək çatışmazlığından dünyasını dəyişən xalq artisti Nuriyyə Əhmədovanın yas mərasiminin keçirilməsi üçün ailə üzvlərinin pul tapa bilməməsi xəbərinə Mədəniyyət və Turizm Nazirliyindən reaksiya gəlib.

ucarliyiq.biz-ın məlumatına görə, nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov bildirib ki, məsələ nazir Əbülfəs Qarayevin nəzarətindədir: 

“Məsələ ilə bağlı cənab nazirin tapşırığına əsasən, “Azərbaycanfilm” kinostudiyası tərəfindən Nuriyyə xanımın ailəsinə maddi kömək göstəriləcək. Bir daha onun yaxınlarına, pərəstişkarlarına başsağlığı verir, Nuriyyə xanıma Allahdan rəhmət diləyirik”.

Qeyd edək ki, bu barədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimov sosial şəbəkədə yazmışdı: 
“Çox acınacaqlı vəziyyət yaranıb. Xalq artistinin yasını etmək üçün pul yoxdur. Axı yas mərasiminə lazım olacaq məbləğ o qədər də çox deyil. Niyə axı bu cür münasibət? Allah kömək olsun. İnşallah, yardım edən tapılar”.