» » » Azərbaycanlı Novosibirskin Qanunverici Məclisinin deputatı oldu

Azərbaycanlı Novosibirskin Qanunverici Məclisinin deputatı oldu

Azərbaycanlı Novosibirskin Qanunverici Məclisinin deputatı oldu

Məmmədov vilayətin ictimai həyatında fəal iştirak edir.

Həmvətənimiz, “Vahid Rusiya” partiyasının üzvü Məmmədov Mayis Pirverdi oğlu Novosibirsk vilayətinin Qanunverici Məclisinin 6-cı çağırışına deputat seçilib.

ucarliyiq.biz xəbər verir ki, M.Məmmədov dövlət siyasəti, qanunvericilik və yerli özünüidarə üzrə komitəyə daxildir.

Novosibirsk Qanunverici Məclisin tarixində Mayis Məmmədov bu məclisdə deputat olan ilk azərbaycanlıdır.

Mayis Məmmədov Azərbaycan respublikasında anadan olub. 21 yaşı olanda - 1986-cı ildə Novosibirskə gedib və Sibirdə qalıb, bunun üçün heç vaxt peşman olmayıb.

M.Məmmədov “Birinci inşaat fondu” MMC-nin baş direktorudur.

“Birinci inşaat fondu” obyektin ucaldılmasını tam əhatə edən 8 şirkətin müştərək işidir.

“Birinci inşaat fondu” Novosibirskin inşaat bazarında lider mövqelərdən birini tutur.

Məmmədov vilayətin ictimai həyatında fəal iştirak edir. O, Novosibirsk Dövlət Memarlıq-inşaat Universitetinin Qəyyumluq şurasının üzvüdür, “İnşaatçıların regional işgüzar klubu” qeyri-kommersiya tərəfdaşlığına rəhbərlik edir.

Mayis Pirverdi oğlu regional ictimai təşkilat “Rus-Azərbaycan evi”nin yaradılmasının təşəbbüskarı olub.

Təşkilatın təntənəli açılışı 2013-cü ilin fevral ayının 1-də baş tutub. “Rus-Azərbaycan evi”nin əsas məqsədi Azərbaycan və rus xalqları arasındakı çoxəsrlik dostluğun möhkəmləndirilməsi, iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsi, təşkilatın gənclər hərəkatının inkişafı və dəstəklənməsidir.