» » » Məişət qətli və ya məkirli fikir?

Məişət qətli və ya məkirli fikir?

Məişət qətli və ya məkirli fikir?

Milçəyi kotletdən ayırmağı bacarmaq lazımdır.

Bu gün Azərbaycan, rus və erməni xəbər portalları Moskvada oktyabrın 12-də baş verən faciə ilə partlamışdı.

Rusiya Federasiyası Müdafiə Nazirliyi Hərbi universitetinin tələbəsi Emil Zülfüqarov məktəb vaxtlarından görüşdüyü, sonradan sözləşdiyi Rusiyanın Tibb universitetinin tələbəsi Anna Simonyanı metro stansiyasının yanında gözləyərək qısa dialoqdan sonra mətbəx bıçağı ilə onun qarın nahiyəsinə bir neçə zərbə vurub, aldığı yaralardan qız həlak olub.

Çox güman ki, Anna inadkar oğlan ilə münasibətini kəsmək qərarına gəlib, bu isə onu qəzəbləndirib. Oğlan əvvəllər də qeyri-adekvat davranışı ilə seçilib, məsələn, Rusiya KİV-nin yazdığına görə, dostlarının maşından qızın evi qarşısında karvan quraraq onun hər addımını izləmək adi hal idi: Emilin dostları qızın hər addımı barədə ona xəbər verirdilər.  

Tanışların sözlərinə görə, qız ona etiraz etdikdən sonra Emil onu hədələməyə və güc tətbiq etməyə başlayıb.

Bəzi məlumatlara görə isə oğlanın zəhlətökən diqqətindən bezərək Anna və onun valideynləri bir neçə dəfə milisə ərizə yazıblar, amma müstəntiqlər oğlanın əməllərində cinayət tərkibi tapmayıblar.

Şübhəli bilinən şəxs qətl hadisəsindən sonra öz mənzilində saxlanılıb, onunla hal-hazırda əməliyyatçılar işləyir.

Bu dəhşətli və faciəli hadisə şübhəsiz ki, gözlənildiyi kimi erməni KİV-nin diqqətini cəlb etdi və onlar növbəti dəfə Azərbaycan və türk xalqını var qüvvələri ilə çirkaba batıraraq baş verənlərə milli don geyindirməyə çalışdılar. Əlbəttə, axı həlak olan qız erməni qızıdır...

“Öz alçaq tayfasının tipik nümayəndəsi – şərəfsiz, qorxaq, köçəri zibil. Bir sözlə “azerpiçaneç”:

“Ermənistan yəqin ki, türklərin olmadığı yeganə yerdir. Bu da NECƏ? sualının cavabı. Evində yaşayaraq orada qayda-qanun yaratmaq lazımdır, bütün dünyanı dolaşaraq daha yaxşı həyat axtarmaq lazım deyil. Bizim dövlətimiz var, amma hələlik dövlət psixologiyamız yoxdur”.

“Ailəyə suallarım var, əsasən də ataya.

Düzgün tərbiyə edilmiş erməni qızı türk ilə görüşə bilməz, istənilən halda”.

“Türk ilə görüşmək yolverilməzdir. Erməni qızı ilə türk arasında nə məhəbbət ola bilər? Necə yəni birləşirdilər, ayrılırdılar?”.

“Bu halda hər şey çox sadədir. Türk heyvan kimi hərəkət etdi, yəni əsl türk kimi, onlar başqa cür bacarmırlar. Digər məsələ isə - onun heyvan həmtayfalıları bu məsələni necə təqdim edəcəklər. Çox ümid edirəm ki, onlar bunu da Səfərov kimi qəhrəmana çevirəcəklər. Bu, bizə belə heyvanlar ilə danışıqlar apara bilmədiyimizi bəyan etmək üçün əsas verəcək”.

Və bu hələ Anna Simonyanın qətli barədə xəbərin altında yazılan şərhlərin kiçik bir hissəsidir. Müəlliflərin orfoqrafiyası anladığınız qədər olduğu kimi saxlanılıb.

Maraqlıdır, bizim qonşularımız qatilin və qurbanın hər ikisinin erməni olduğu məişət zəminində baş vermiş analoji qətllər baş verdikdə hər dəfə belə fəryad qoparırlar? Məncə bu suala cavab hamıya məlumdur.

Xəstə özünəməhəbbət ucbatından gənc qızı öldürən bu əclafa bəraət qazandırmaq istəmirəm, amma yenə də bu dəhşətli faciənin, erməni KİV-i nə qədər çalışsalar da və Ramil Səfərovun işi ilə paralel aparsalar da bunun Azərbaycan və erməni xalqları arasında düşmənçiliyə heç bir aidiyyatı olmadığını qeyd etməyə risk edəcəm.

Axı bura düşmənçiliyin, və ümumiyyətlə, Dağlıq Qarabağın nə aidiyyatı var? Hamıya məlumdur ki, neytral ərazilərdə, məsələn, qonşu Rusiya və Gürcüstanda ermənilər və azərbaycanlılar çox rahat yaşayır, hətta dostlaşır və ailə də qururlar. Belə məhəbbət hekayələri və o, cümlədən belə cütlüklərin toyları barədə əhvalatlar çoxdur.

Bu faciə gənc oğlanın psixi qeyri-sabitliyinin, yalnız tərbiyənin, xeyir və şər haqqında anlayışların qarışıq salınmasının nəticəsidir. Bunlar hamısı bir yerdə belə dəhşətli sona gətirib çıxarıb. Amma bu dəhşətli məişət cinayətidir. Və erməni-Azərbaycan münaqişəsinə heç bir dəxli yoxdur. Bu qızın yerində rus, gürcü, yəhudi, tatar ola bilərdi, elə cinayətkarın da yerində istənilən millətin nümayəndəsi ola bilərdi.

Ona görə də qonşu KİV-in bu işi azərbaycanlıların ermənilərə olan nifrəti kimi təqdimetmə cəhdləri mənə gülməli gəlir. Və biz əlbəttə ki, öldürülən qızın ailəsinin halına yanırıq və qatilin ədalətli cəzalandırılmasını tələb edirik, çünki qatilin milliyyəti olmur.

Amma yox, bəzilərinin olur.

Xocalıda soyqırımı törədən vəhşilərin milliyyəti var, və azərbaycanlıların uzun illər boyu erməni şovinistləri tərəfindən etnik təmizləməyə və soyqırım siyasətinə məruz qaldıqlarını, ermənilərin törətdikləri kütləvi qətllərin qaçqın və qurbanı olduqlarını unutmaq olmaz.

Dağlıq Qarabağ ətrafında 1988-ci ildən bəri baş verən hadisələrin erməni ideoloqlarının “Dənizdən dənizə Ermənistan” adlı ağılsız ideyasını həyata keçirmək cəhdinin kəndlərin, şəhərlərin dağılmasına, on minlərlə günahsız insanların ölümünə, yüz minlərlə insanın tarixi torpaqlarından qaçqın düşmələrinə gətirib çıxardı. Bax, bu milli zəmində törədilmiş cinayətdir. Bu qısqanclıq zəminində törədilmiş məişət cinayəti deyil.

Bununla əlaqədar erməni jurnalistlərinə müraciət etmək istərdim – cənab yazıçılar, milçəyi kotletdən ayırmağı bacarın və milli kartı uyğun olmayan yerdə oynamağa cəhd etməyin.

A.İ.