» » » Səbail rayonunda qanunsuz evlər sökülür

Səbail rayonunda qanunsuz evlər sökülür

Səbail rayonunda qanunsuz evlər sökülür

Reyd keçirilib.

Səbail rayonunda qeyri-qanuni torpaq zəbti və qanunsuz tikintilərlə bağlı reydlərə başlanılıb.

Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri İsrafil Kərimov ucarliyiq.biz-ə bildirib ki, dəfələrlə rayonun Badamdar qəsəbəsi və Şıx ərazisindəki «Dostluq parkı» yaxınlığında torpaq sahələrinin zəbt olunması, qeyri-qanuni tikintilərrə yol verilməsi halları ilə bağlı narazılıqlar olub.

Məlumata görə, rayon sakinlərinin çoxsaylı müraciətləri əsasında bu ərazilərdə torpaq sahələrinin inventarizasiyası, burada bir qrup işbaz tərəfindən qeyri-qanuni zəbt olunmuş torpaq sahələrinin müəyyənləşdirilməsi və qanunsuz tikililərin aparılmasının qarşısının alınması ilə bağlı reydlərə başlanılıb.

Qeyd olunub ki, keçirilən reyd zamanı Badamdar qəsəbəsinin yeni yaşayış massviləri və ona bitişik olan «Döstluq parkı» ərazisində müxtəlif şəxslər tərəfindən zəbt olunaraq hasarlanmış və qeyri-qanuni fərdi yaşayış evlərinin tikintisi aparılan 40-dan çox fakt aşkarlanaraq burada tikinti işləri dayandırılmış, boş sahələrin hasarları sökülərək ərazi təmizlənib.

Reydin nəticələri ilə bağlı sənədlərin toplanmasına başlanılmış və qanunsuzluqlara yol verən şəxslər barədə materiallar yaxın vaxtlarda rayonun hüqüq-mühafizə orqanlarına göndəriləcək.

Eyni zamanda qəsəbədə vətəndaşlar tərəfindən müvafiq mülkiyyət və tikinti aparılmasına icazə verən layihə sənədləri əsasında fərdi yaşayış evlərinin inşası davam etdirilir və onlara heç bir maneə törədilmir.

İcra Hakimiyyətindən bildiriblər ki, Səbail rayonunda qanunsuz olaraq torpaq sahələrini zəbt edən, qeyri-qanuni tikinti işlərinə cəhd edən işbazların müəyyənləşməsi və onların qanuna zidd əməllərin qarşısının alınması ilə bağlı reydlər gələcəkdə də davam etdiriləcək və ərazilərə nəzarət gücləndiriləcəkdir.