» » » Vilnyusdə «Azərbaycan bayrağı» beynəlxalq intellektual festivalı keçiriləcək

Vilnyusdə «Azərbaycan bayrağı» beynəlxalq intellektual festivalı keçiriləcək

Vilnyusdə «Azərbaycan bayrağı» beynəlxalq intellektual festivalı keçiriləcək

Ales Muxin turnirin aparıcısı olacaq.

“Atəşgah” İntellektual Oyunlar Klubu, Azərbaycan İntellektual Oyunlar Federasiyası Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, eləcə də Birləşmiş Avropa İntellektual Klublarının dəstəyi ilə beynəlxalq intellektual festival təşkil edəcəkdir.  

ucarliyiq.biz xəbər verir ki, «Azərbaycan bayrağı» beynəlxalq intellektual festivalı 7-8 noyabr 2015-ci il tarixində Litvanın paytaxtı Vilnyus şəhərində Best Western Vilnius mehmanxanasında keçiriləcəkdir. 

Turnirdə 25 komandanın iştirakı planlaşdırılır. Festivalın proqramına “Nə? Harada? Nə zaman”, “Breyn-Rinq” və “Xəmsə” milli intellektual oyunu üzrə yarışlar daxildir. 

Turnirin top-redaktoru azərbaycanlı bilici Roman Orkodaşvilidir. 

Redaktorlar qrupuna Leonid Klimoviç (Belarus), Dmitriy Borok (Rusiya), Aleksandr Korobeynikov (Rusiya) və Dmitriy Başuk (Ukrayna) daxildir. Məhşur belaruslu bilici Ales Muxin isə turnirin aparıcısı olacaqdır. 

Festivalın Təşkilat Komitəsinin rəhbəri İlkin Yetirmişlinin sözlərinə görə festival xarici ölkələrdən olan bilicilərin Azərbaycanın tarixi və mədəni irsi məqsədi ilə tanış olunması məqsədi daşıyır. 

Qeyd etmək lazımdır ki, “Atəşgah” İntellektual Oyunlar Klubu Gənclər Fondunun dəstəyi ilə artıq sayca üçüncü olan beynəlxalq layihə həyata keçirir. İlk analoji tədbirdə Latviyanın paytaxtı Riqa şəhərində MDB və Avropa ölkələrindən olan intellektual komandalar iştirak etmişdi. İkinci yarış isə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində təşkil olunmuş və bilicilər tərəfindən yüksək qiymətləndirilmişdi.