» » » Qarabağ azərbaycanlılar üçün birinci yerdədir

Qarabağ azərbaycanlılar üçün birinci yerdədir

Qarabağ azərbaycanlılar üçün birinci yerdədir

Azərbaycan düzgün istiqamətdə hərəkət edir.

Nüfuzlu Amerika beynəlxalq ictimai rəyin öyrənilməsi mərkəzi “Arthur J. Finkelstein&Associates” Azərbaycan əhalisi arasında keçirilən sorğunun nəticələrini açıqlayıb.

ucarliyiq.biz Noviye İzvestiya-ya istinadən xəbər verir ki, məlumata müvafiq olaraq sakinlərin 40%-i Qarabağın Ermənistan tərəfindən işğalını mühüm dövlət məsələsi adlandırıb. Və yalnız 7% azərbaycanlı mühüm məsələ olaraq ölkə iqtisadiyyatını hesab edirlər.

Məlumatda seçicilərin təxminən 80%-i hesab edir ki, Azərbaycan hazırkı hakimiyyət orqanlarının rəhbərliyi altında düzgün istiqamətdə irəliləyir və Dağlıq Qarabağ münaqişəsi ölkə gündəmində ən vacib məsələ olduğu deyilir:

“Arthur J. Finkelstein&Associates” beynəlxalq mərkəzin icraçı direktoru Corc Bernbaum vurğulayıb ki, rəyi soruşulan hər beş seçicidən biri qeyd edib ki, Dağlıq Qarabağ problemi dövlət qarşısında ölkə iqtisadiyyatı ilə bağlı məsələlərdən daha mühüm məsələ olaraq qalır.

Geosiyasi məsələlərlə bağlı respondentlərin 81,7%-i qeyd edib ki, Azərbaycan regionda “sabitlik adasıdır”, bir çox ölkələr bu regionda qeyri-sabit durumdadır. Respondentlərin 71%-i Avropada baş verən hadisələri nəzərə alaraq, ölkənin indiki rəhbərliyinin Azərbaycanda immiqrasiya böhranının yayılmasının qarşısını almağa hazır və iqtidarı olduğunu vurğulayıb.

Rəyi soruşulan vətəndaşların 80%-dən çoxu həmçinin qeyd ediblər ki, Qərb partnyorları ilə təhlükəsizlik sahəsində əməkdaşlıq edən dövlətin rəhbərliyi ölkəni terrorizmdən uğurla müdafiə edir.