» » » Samur gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçib

Samur gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçib

Samur gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçib

Gün ərzində məntəqədən Rusiya ərazisinə 250-300 maşın buraxılır.

Rusiyanın Azərbaycanla həmsərhəd olan Məhərrəmkənd rayonunun Tahirkənd Qazmaları sərhəd keçid məntəqəsinin bağlanması və bu səbəbdən Xaçmaz rayonu ərazisində Xanoba keçid məntəqəsinin fəaliyyətini dayandırması ilə əlaqədar Samur Gömrük keçid məntəqəsində intensivlik artıb.

ucarliyiq.biz xəbər verir ki, Samur Gömrük keçid məntəqəsinin rəis müavini Cavid Nadirov APA-nın yerli bürosuna bildirib ki, vətəndaşların, avtomaşınların qonşu ölkəyə vaxtında və növbəsiz keçməsi üçün gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçib. C.Nadirov bildirib ki, gün ərzində məntəqədən Rusiya ərazisinə 250-300 maşın buraxılır: 

“Hazırda keçid məntəqəsində hər hansı problem və növbə yoxdur”.

Qeyd edək ki, 15 oktyabr tarixindən Rusiyanın Azərbaycanla həmsərhəd olan Məhərrəmkənd rayonunun Tahirkənd Qazmaları sərhəd keçid məntəqəsi öz fəaliyyətini dayandırıb. Sərhəd keçid məntəqəsi 1 ay müddətinə təmir işləri ilə bağlı müvəqqəti bağlanıb. Rusiya tərəfində keçid məntəqəsinin bağlanması ilə əlaqədar Xaçmaz rayonu ərazisində yerləşən 
Xanoba keçid məntəqəsi də həmin vaxtdan etibarən öz fəaliyyətini dayandırmalı olub.