» » » 23 yaşlı qızı necə aldadıb 63 yaşlı kişiyə ərə verdilər - FOTO

23 yaşlı qızı necə aldadıb 63 yaşlı kişiyə ərə verdilər - FOTO

23 yaşlı qızı necə aldadıb 63 yaşlı kişiyə ərə verdilər - FOTO

“Qonşum mənə cavan bir oğlanın şəklini göstərdi”.

Onunla Azərbaycan Uşaqlar Birliyinin sığınacaq evində qarşılaşdıq. Uşaqlarının neçə gündür ac olduğunu söyləyərək ərzaq yardımı istəyirdi. Ağladıqca bütün bədəni titrəyirdi.

42 yaşlı Gülnar Məmmədova insan alverinin qurbanıdır. Amma onun həyat hekayəsi fərqlidir. Aldadılması onun həyatı bahasına başa gəlib. İndi qapı-qapı gəzib ərzaq yardımı umur.

12 dəfə cərrahiyyə əməliyyatı keçirmişəm. İki qızımla kirayədə yaşayıram. Bəzən sığınacaq evindən ərzaq verirlər. Evin sahibi də yemək, çörək gətirir. Amma aylarla ət, meyvə ala bilmirəm. Sosial yardım heç gündəlik çörəkpulu eləmir.

ucarliyiq.biz xəbər verir ki, G.Məmmədova başına gələnləri virtualaz.org saytının müxbirinə danışıb:

- 23 yaşım vardı, ata-anamla birgə yaşayırdım.  Qonşum mənə cavan bir oğlanın şəklini göstərdi. Dedi ki, bu oğlan səni görüb, çox bəyənib, səninlə ailə qurmaq niyyətindədir. Qonşum hər gün mənə oğlanla bağlı söhbətlər edirdi. Sonra oğlanla birgə gəzməyə getməyi təklif elədi. Dedi ki, oğlan evin yanında yaxınlaşıb tanış olmağa cəsarət etmir. Sonra bildim ki, bu, məni qaçırmaq üçün plan qururmuş. Məni ərə verdikləri kişinin 63 yaşı vardı. Mən ona ikinci həyat yoldaşı kimi lazım imişəm. Birinci həyat yoldaşı baxmadığından məni ona baxmağa aparıblarmış.

- Bəs aldadıldığınızı öyrənəndə niyə geri qayıtmadınız?

- Ailəmə qoşulub qaçdığımı demişdilər. Bir ay kişinin qohumlarıgildə qaldım. Sonra evə qayıtmaq istəsəm də valideynlərim icazə vermədilər. Dedilər ki, bütün Biləsuvarda biabır olarıq, yaşlı, ya cavan fərqi yoxdur, ərə getmisənsə, onunla yaşamalısan.

23 yaşlı qızı necə aldadıb 63 yaşlı kişiyə ərə verdilər - FOTO

- Kişi səninlə rəsmi nikah bağladımı? Toyunuz oldumu?

- Yox, nə toy elədilər, nə də rəsmi nikah bağladılar. Qızım olandan sonra işləməyə başladım. Özümü dolandıra bilirdim. Amma pəncərənin şüşəsini silərkən hündürlükdən yıxıldım. Beləliklə, onun yanında yaşamağa məcbur oldum. İkinci qızım dünyaya gəldi. Sonradan isə gözümün görmə qabiliyyəti zəiflədi. Dedilər ki, hündürlükdən yıxılarkən zədələnib. Bundan sonra kişi ilə ayrıldıq. Bir neçə dəfə Səhiyyə Nazirliyinə müraciət etdim. Bundan sonra məni Səhiyyə Nazirliyinin köməyi ilə Zərifə Əliyeva adına göz xəstəxanasında əməliyyat etdilər. 4 dəfə gözümdən əməliyyat keçirmişəm. Bundan sonra bir müddət uşaqlarla valideynlərimin evində yaşadıq. Amma qardaşım evlənəndən sonra məni evdən çıxardılar. Qardaşım deyir ki, gedin harada, necə istəyirsiniz yaşayın. Bundan başqa, bir neçə dəfə yoğun bağırsaqlarımdan əməliyyat olunmuşam. İndi gecəqonduların birində qalırıq. Bir otaqdır, heç pəncərəsi də yoxdur. Yağan yağış otağın içinə dolur. Bəzən divarlar yarıya qədər suyun içində olur. 100 manat ünvanlı sosial yardım verirlər. Daha yaxşı şəraiti olan evə köçmək imkanım yoxdur. Aylarla ev kirayəsini ödəyə bilməsəm də ev yiyəsi bizi küçəyə atmır. Ancaq nə vaxta qədər bu şəraitdə yaşayacağıq?

23 yaşlı qızı necə aldadıb 63 yaşlı kişiyə ərə verdilər - FOTO

- Həyat yoldaşınızın evi, imkanı yoxdur? Heç olmasa uşaqlara kömək edilməlidir axı...

- Həyat yoldaşımın birinci ailəsindən iki övladı var. Onlar da atasının bu cür əməllərindən cana doyub. İndi onun 80-a yaxın yaşı var, onun özünün baxıma ehtiyacı var. Qızları məktəbə göndərmək üçün ayaqqabı ala bilmirəm. Qarşıdan isə qış gəlir. Bunun isti geyimi, paltarı alınmalıdır. Özüm işləyə bilsəydim, heç olmasa uşaqların yeməyimni çatdıra bilərdim. Əlilliyə görə təqaüd və 100 manat ünvanlı sosial yardımla 3 nəfərlik ailə necə dolana bilər?

Problem ondadır ki, ata evində xoşbəxt olmayan, sıxıntı çəkən qızlar kənardakı xoşbəxtliyə çox inanır. Hamısı düşünür ki, kənarda nə qədər pis olsa da günüm bundan xoş keçəcək. Lakin heç kim kənarda nələr olacağını xəyal belə etmir. Mənin həyatım cavan bir oğlanın şəklinə qurban getdi. İndi isə kiminsə qapını döyüb yemək gətirəcəyini gözləyirəm...

23 yaşlı qızı necə aldadıb 63 yaşlı kişiyə ərə verdilər - FOTO