» » » Əcnəbi tələbə: Azərbaycanda kişilər bir-biri ilə öpüşür... – FOTO

Əcnəbi tələbə: Azərbaycanda kişilər bir-biri ilə öpüşür... – FOTO

Əcnəbi tələbə: Azərbaycanda kişilər bir-biri ilə öpüşür... – FOTO

“İnsanlar Bakını təmiz saxlamaq istəmir”.

Azərbaycanda kişilər bir-biri ilə görüşən zaman yanaqdan öpüşürlər, hələ də bu hala öyrəşə bilməmişəm. 

Bunu Qafqaz universitetində təhsil alan Türkmənistanlı tələb Amina Axmedova Qafqazinfo-ya Azərbaycanla bağlı təəssüratları bölüşərkən söyləyib.

O qeyd edib ki, Bakı gözəl şəhərdi, ancaq insanlar bu şəhəri təmiz saxlamaq istəmir.

“Yeni gəlmişdim, bir də gördüm burada kişilər bir-biri ilə görüşən zaman yanaqdan öpüşürlər. Artıq 3 il olur ki, buradayam. Ancaq hələ də bu hala öyrəşə bilməmişəm. Bizdə sadəcə oğlanlar salamlaşır, vəssalam.

Qızlarda da fərq var. Bizim qızlar küçəyə çıxan zaman və yaxud harasa gedəndə özünə bu qədər diqqət yetirmir. Çox zaman qızlar milli geyimdə, yaşmaqda olur. Sadə və rahat geyinirik. Ancaq burada bir yerə gedən zaman gərək xüsusi nəsə geyinəsən. Adicə dərsə gələn bir çox tələbənin hər səhər tezdən necə o cür hazırlaşmaq üçün vaxt tapdığını başa düşə bilmirəm. Türkmənistan ərazi baxımından böyük olsa da, əhalisi çox azdır. Ona görə də, sakitliyə öyrəşmişik. Bir də bizdə hər yer: küçələr, parklar çox təmiz olur. 

Əfsuslar olsun ki, Bakı haqqında bunu deyə bilmərəm. Çox gözəl şəhərdir, ancaq insanlar bu şəhəri nəsə təmiz saxlamaq istəmir. Yol kənarlarında, küçələrdə çox sayda tullantılar var. Bir neçə dəfə insanların əlindəki zibili yerə atmasının şahidi olmuşam. Bu mənə çox qəribə gəlir. Axı nə üçün insan yerə zibil atsın?”

Əcnəbi tələbə: Azərbaycanda kişilər bir-biri ilə öpüşür... – FOTO

Əcnəbi tələbə: Azərbaycanda kişilər bir-biri ilə öpüşür... – FOTO