» » » Parlament seçkisindən sonra əfv gözlənilir

Parlament seçkisindən sonra əfv gözlənilir

Parlament seçkisindən sonra əfv gözlənilir

“Bizim siyahıya 27 nəfər məhbusun adı daxil edilib”.

Parlament seçkilərindən sonra əfv gözlənilir. 

ucarliyiq.biz xəbər verir ki, bu haqda Modern.az saytına İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı məlumat verib.

O bildirib ki, seçki ərəfəsində əfv sərəncamının verilməsi real görünməsə də, seçkilər başa çatdıqdan sonra əfv olmalıdır:

“Bizim tərəfimizdən tərtib edilən siyahıda 27 nəfər məhbusun adı var. Onlar Tofiq Yaqublu, İlqar Məmmədov, Əli İnsanov, Leyla Yunus, Arif Yunus, Akif Muradverdiyev, İntiqam Əliyev və başqalarıdır”.

S.Bənanyarlı Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlinə görə ömürlük həbs cəzası alan Vüqar Əliyevlə bağlı məsələyə də aydınlıq gətirib:

“O məhbusun adı bizim siyahıya salınmayıb. Buna baxmayaraq, hesab edirəm ki, cinayətdə onunla birlikdə iştirak edən Lamiyə Quliyeva azadlığa çıxıbsa, Vüqarın da əfv olunması gözləniləndir”.

Hüquq müdafiəçisi həbsi ictimai marağa səbəb olan, “Qəbələ”nin keçmiş kapitanı Cavid Hüseynovun təqsirləndirildiyi işdə siyasi motivlərin olmadığını dilə gətirib:

“Təbii ki, ortada cinayət var və cinayətdə iştirak edənlər mütləq cəzasını almalıdır. Onun günahkar olub-olmamasını məhkəmə müəyyən edəcək. O, ev dustaqlığına buraxılsaydı belə, oyunlara qatıla bilməyəcəkdi. Əgər cinayətin sifarişçisi varsa,  cəzasını almalıdır. Amma mən burada siyasi motiv görmürəm”.

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun digər üzvü, hüququ müdafiəçisi Novella Cəfərovğlu da gözlənilən əfv sərəncamı ilə bağlı fikirlərini bölüşüb:

“Biz hazırladığımız siyahını Əfv Məsələləri üzrə Dövlət Komissiyasına təqdim etmişik. Amma komissiya siyahını yenidən istədi, biz də yenidən təqdim etdik”.

N.Cəfəroğlu nəticə ilə bağlı hər hansı məlumat almadıqlarını deyib. 

“Hələlik məlumat yoxdur. Bizim siyahıya 27 nəfər məhbusun adı daxil edilib. Hər halda gözləyirik”,-deyə o, qeyd edib.