» » » Azərbaycanda cinsi azlıqların üsyan aksiyası – FOTO

Azərbaycanda cinsi azlıqların üsyan aksiyası – FOTO

Azərbaycanda cinsi azlıqların üsyan aksiyası – FOTO

Məscid, Milli Məclis və Flame Towers önündə fotosessiya.

Azərbaycanda fəaliyyət göstərən Peace for LGBTQ təşkilatı hər kəsi şoka salan fotosessiya edib.

ucarliyiq.biz xəbər verir ki, təşkilat bununla bağlı bəyanat da yayıb.

Bəyanatda deyilir:

“Z-53” fotosessiyası Azərbaycanda LGBT nümayəndələrinin dini, milli, hüquqi müstəvidə təzahürüdür. 

Bu fotolar homofob cəmiyyətə illərlə yığılmış dözülməz diksriminasiyaya qarşı bir mesaj və üsyandır. Çəkiliş bizə həyat riski ehtimalı bahasına başa gəlsə də, heç bir qorxu bizim ifadə azadlığı tələbatımızı üstələyə bilmədi. 

İllərdir siz bizi görməzdən gəlirsiz, qəbul etmək istəmirsiz amma biz varıq.

Biz öz təbiətimizi danmırıq, öz varlığımızdan utanmırıq baxmayaraq ki, illərlə bizə bunu aşılamağa, bizi alçatmaga, kompleks yaratmağa, utanmaga, özümüzü inkar etməyə vadar etmisiz. Bu fərqliliyi qəbul etməlisiniz.

Bizə bu haqqı siz verməmisiz ki, əlimizdın də alasiz. Hamını eyniləşdirməyə, eyni bir həndəsi fiqura çevirməyə zorlandırmayın” – deyə Peace for LGBTQ təşkilatının rəhbəri Gülarə Əzimzadə hüquqlarını müdafiə etdiyi LGBT nümayəndələrinin bəyanatını oxuyub. 

Azərbaycanda cinsi azlıqların üsyan aksiyası – FOTO

Azərbaycanda cinsi azlıqların üsyan aksiyası – FOTO

Azərbaycanda cinsi azlıqların üsyan aksiyası – FOTO