» » » FHN “Xəzər-2015”ə hazırlaşır

FHN “Xəzər-2015”ə hazırlaşır

FHN “Xəzər-2015”ə hazırlaşır

Təlim nazirliyin xilasetmə qurumlarının şəxsi heyətinin iştirakı ilə keşiriləcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illik yubileyi münasibətilə bu ilin noyabrında müvafiq texnika və avadanlıq cəlb edilməklə nazirliyin xilasetmə qurumlarının şəxsi heyətinin iştirakı ilə “Xəzər-2015” komanda-qərargah təlimi keçiriləcək.

FHN-in mətbuat xidmətindən ucarliyiq.biz-a bildiriblər ki, komanda-qərargah təlimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakının Qaradağ rayonunda yerləşən Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi və Kompleks Qazma İşləri Trestinin ərazisində təşkil olunacaq.

 Hazırda həmin ərazidə, Şıxov çimərliyinin yaxınlığında təyyarə və helikopterlərdən də istifadə edilməklə təlimə hazırlıq məşqləri keçirilir.