» » » Azərbaycanın Təhlükəsizlik Şurasına daxil olan 11 ali vəzifəli kimlərdir? – SİYAHI

Azərbaycanın Təhlükəsizlik Şurasına daxil olan 11 ali vəzifəli kimlərdir? – SİYAHI

Azərbaycanın Təhlükəsizlik Şurasına daxil olan 11 ali vəzifəli kimlərdir? – SİYAHI

Prezidentin yanında məşvərətçi orqan.

Qeyri-rəsmi xəbərlərə görə, ötən bazar günü Prezident Adminstrasiyasında Dövlət Təhlükəsizlik Şurasının üzvlərinin iştirakı ilə fövqəladə toplantı keçirilib.

Prezidentin sədrliyilə keçirilən toplantıda milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsinin səbəbləri, Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirə olunduğu qeyd edilir. 

Təhlükəsizlik Şurası 1997-ci il aprelin 10-da Prezidentin Fərmanı ilə yaradılıb. Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır.

O, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq Prezident tərəfindən yaradılır. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.

Bəs Təhlükəsizlik Şurasına kimlər daxildi?

ucarliyiq.biz Modern.az-a istinadən Prezidentin sədrlik etdiyi Təhlükəsizlik Şuranın tərkibinə daxil olan vəzifəli şəxslərin siyahısını təqdim edir:

Milli Məclisin sədri 
Baş nazir 
Prezidentin Administrasiyasının rəhbəri 
Xarici siyasət məsələləri üzrə dövlət müşaviri 
Hərbi işlər üzrə dövlət müşaviri
Baş prokuror
Xarici işlər naziri
Müdafiə naziri
Milli təhlükəsizlik naziri
Daxili işlər naziri

Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir. Şuranın Katibi funksiyalarını Prezidentin Administrasiyasının rəhbəri yerinə yetirir.

Administrasiyanın rəhbəri Təhlükəsizlik Şurasının fəaliyyətini təmin edir, onun iclaslarının hazırlanmasına rəhbərlik edir. İclasların gündəliyi və məsələlərin müzakirəsi qaydası Administrasiya rəhbərinin təqdimatı əsasında Prezident tərəfindən müəyyənləşdirilir.