» » » Respublika ərazisində yağış davam edəcək, şimşək çağacaq

Respublika ərazisində yağış davam edəcək, şimşək çağacaq

Respublika ərazisində yağış davam edəcək, şimşək çağacaq

Nazirlik hava proqnozunu açıqladı.

Oktyabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gündüz şimal-şərq küləyi əsəcək. 

Bu barədə ucarliyiq.biz-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 15-18, Bakıda gecə 11-13, gündüz 15-17 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah  əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 16-21, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq.

Nazirlikdən verilən məlumata görə, oktyabrın 21-23-də Abşeron yarımadasında əksər meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.