» » » Naxçıvan əhalisinin sayı artdı

Naxçıvan əhalisinin sayı artdı

Naxçıvan əhalisinin sayı artdı

Son hesabat.

Naxçıvan Muxtar Respublikasının (MR) əhalisinin sayı artıb. 

ucarliyiq.biz bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Belə ki, 2015-ci il sentyabrın 1-nə olan məlumata görə, bir il öncəyə nisbətdə Naxçıvan əhalisinin sayı 4 min 134 nəfər artaraq 442 min 722 nəfər olub. 

Qeyd edək ki, 2014-cü ildə Muxtar Respublikanın əhalisinin sayı 435 min 367 nəfər olub.

Komitədən onu da bildiriblər ki, ümumilikdə doğulanların sayı 9763, ölənlərin sayı 2001 nəfər təşkil edib. Təbii artım 7762 nəfər olub.

Bundan əlavə, ötən il Naxçıvan MR-də doğulanların 3536-sı oğlan, 3087-si qız olub. Təbii artım kişilər arasında 2592, qadınlarda 2173 nəfər təşkil edib.Belə ki, Muxtar Respublikada doğulan oğlanların sayı qızlardan 419 nəfər çox olub.