» » » Goranboyda partlayış: Xəsarət alanlar var – VİDEO

Goranboyda partlayış: Xəsarət alanlar var – VİDEO

Goranboyda partlayış: Xəsarət alanlar var – VİDEO

Faktla bağlı araşdırma aparılır.

Goranboyun Ağcakənd qəsəbəsində ailə faciəsi yaşanıb. 

ucarliyiq.biz TTV (Region TV)-yə istinadən xəbər verir ki, Kənd sakini İnqilab Qasımova məxsus evdə qaz sızması partlayışa səbəb olub.

Nəticədə ailənin 4 üzvü - İnqilab Qasımov, həyat yoldaşı Şəbnəm Qasımova, övladları - 9 yaşlı Yaqut Qasımova və 8 yaşlı İsa Qasımov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar dərhal qonşuların köməyi ilə Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, İnqilab Qasımovun vəziyyəti ağırdır. Şəbnəm Qasımovanın vəziyyəti isə orta-ağır qiymətləndirilir. Hazırda yaralılar reanimasiya şöbəsində yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.