» » » Vasif Talıbov yeni sədr təyin etdi

Vasif Talıbov yeni sədr təyin etdi

Vasif Talıbov yeni sədr təyin etdi

O, sərəncam imzalayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya sədr təyin edilib.

ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, İsmayıl Qəribli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri təyin edilib.

Qeyd edək ki, İ. Qəribli Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi olub.

Onu da xatırladaq ki, Vasif Talıbov digər sərəncamla Etibar Musayevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri vəzifəsindən azad edib.