» » » Sabunçuda böyük söküntü

Sabunçuda böyük söküntü

Sabunçuda böyük söküntü

Hökumət çox mühüm qərara imza atdı.

Azərbaycan hökuməti Bakının Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə qərar qəbul edib.

Nazirlər Kabinetindən ucarliyiq.biz-a verilən məlumata görə, qərar əsasən, Sabunçu rayonu ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 5 illik “Pilot layihə” həyata keçiriləcək.

Layihə çərçivəsində şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulmasını nəzərdə tutulur.

Qərara əsasən, Sabunçuda söküntü işlərini aparacaq tikinti şirkətləri öz vəsaitləri hesabına sökülən qəzalı tikililərin ərazisində yeni çoxmənzilli yaşayış binaları ucaltmalıdırlar.

Bundan başqa, hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri mülki qanunvericiliyə əsasən sahiblərinin razılığı və haqqı ödənilməklə alınacaq

Tikinti işlərini aparacaq şirkətlər sökülən qəzalı binaların sakinlərini yeni yaşayış binası tikilənədək kirayə mənzillərdə yerləşdirməli, işlər başa çatdıqdan sonra isə onlara yeni binalarda mənzil verməlidirlər.

Baş nazir Artur Rasizadənin imzaladığı qərar artıq qüvvəyə minib.