» » » Mikayıl Cabbarov əmr imzaladı

Mikayıl Cabbarov əmr imzaladı

Mikayıl Cabbarov əmr imzaladı

Təşkilat Komitəsi yaradılıb.

Təhsil naziri Mikayıl Cabbarov ““Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında” əmr imzaladı.

ucarliyiq.biz  nazirliyin saytına istinadən xəbər verir ki, əmrə əsasən, “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradılıb.

 Həmçinin, müsabiqələrdə iştirakla bağlı Təşkilat Komitəsinə daxil olan sənədlərin müəyyən edilmiş qaydada ekspertizasını aparan işçi qrupunun tərkibi təsdiq olunub.

Qeyd edək ki, ölkə Prezidenti cənab İlham Əliyevin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 4 sentyabr 2007-ci il tarixli sərəncamının icrası ilə əlaqədar hər il keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri yaradıcı müəllimlərin və səmərəli idarəetmə fəaliyyəti ilə fərqlənən ümumtəhsil məktəblərinin aşkara çıxarılmasında mühüm rol oynayır. 

Müsabiqələr təhsil sahəsində sağlam rəqabəti gücləndirməklə yanaşı, tədrisin keyfiyyətinin yüksəldilməsinə də əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.