» » » Bakının məşhur klinikası bağlandı?

Bakının məşhur klinikası bağlandı?

Bakının məşhur klinikası bağlandı?

Klinika məsələyə aydınlıq gətirdi.

Yerli KİV-də iki gün əvvəl paytaxtda fəaliyyət göstərən məşhur Nəsrəddin Tusi adına klinikanın bağlanması ilə bağlı xəbərlər yayılıb. 

Yayılan məlumata görə, klinika bağlanıb və həkimlər sərbəst buraxılıblar.

Hazırda klinikanın ancaq poliklinikası fəaliyyət göstərir, - deyə, KİV-in məlumatında qeyd olunub.

ucarliyiq.biz məsələ ilə bağlı klinkanın mövqeyini öyrənib. 

Belə ki, klinikadan ucarliyiq.biz-a bildiriblər ki, klinika hazırda fəaliyyətdədir və problem müşahidə edilmir, mətbuatda yayılan məlumatlar isə həqiqətə uyğun deyil.