» » » Yeddi aylıq körpə nar dənəsindən boğuldu

Yeddi aylıq körpə nar dənəsindən boğuldu

Yeddi aylıq körpə nar dənəsindən boğuldu

Körpə Bakıya gətirilərkən yolda keçinib.

Zaqatala rayonunda boğazında nar dənəsi qalan 7 aylıq qız ölüb.

ucarliyiq.biz-ın verdiyi xəbərə görə, bu barədə Apa-nın Şəki-Zaqatala bürosuna körpənin dayısı Nurulla Muradov məlumat verib.

Nurulla Muradovun sözlərinə görə, oktyabrın 20-də günorta saatlarında bacısı qızı Ruqiyyə Məmmədova yaşadığı evdə yediyi nar giləsi onun tənəffüs borusuna düşüb. Valideynləri körpəni Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparsalar da, onlara uşağı Şəki MRX-a aparmağı məsləhət görüblər.
 
Dayının sözlərinə görə, Zaqatala MRX-dan onlara heç bir həkim və təcili yardım maşını verilməyib. 

Uşaq həkim nəzarəti olmadan Şəki MRX-a aparıblar. Orada isə artıq körpəyə kömək edə bilməyəcəklərini deyiblər və Bakıya çatdırılması məsləhət görülüb. Körpə Bakıya gətirilərkən yolda keçinib.
 
Zaqatala MRX-dan APA-ya fakt təsdiqlənib, körpəyə orada lazımi tibbi yardımın göstərildiyi bildirilib.
 
Uşaq doğulduğu Qımır kəndində torpağa tapşırılıb.