» » » Məktəblilər arasında Breyn Rinq turniri təşkil olunub

Məktəblilər arasında Breyn Rinq turniri təşkil olunub

Məktəblilər arasında Breyn Rinq turniri təşkil olunub

Qaliblər və qonaqlarla xatirə fotoşəkilləri çəkilib.

Rəşid Behbudov adına Mahnı Teatrında 18 oktyabr - “Müstəqillik günü”-nə həsr olunmuş Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Breyn-Rinq turniri təşkil olunub.

ucarliyiq.biz xəbər verir ki, turnir Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı, Bakcell şirkətinin dəstəyi ilə keçirilib. 

Turnirin açılışını Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov etmişdir.

Turnirdə Bakı şəhərinin məktəblərini təmsil edən 21 komanda iştirak edib. Seçim və final turundan ibarət olan turnirdə finala Xətai rayonunun “Cerebro” komandası və Yasamal rayonunun “Dəyanət” komandası vəsiqə qazanıb. Gərgin və maraqlı keçən final qarşılaşmasında əsas döyüşlər əsasında qalib müəyyənləşməyib. Nəhayət, əlavə sual nəticəsində “Cerebro” komandası turnirin qalibi adını qazanıb. İkinci yerə isə “Dəyanət” komandası layiq görülüb. Üçüncü yer uğrunda olan oyunda isə “Ucalıq” komandası “İntellekt” komandasına qalib gələrək mükafatçılar sırasına qoşula bilib.

Turnirin əsas məqsədi iştirakçıların asudə vaxtlarının daha səmərəli keçirilməsi və intellektual oyunlara marağının artmasını təmin etməkdir. Sonda isə mükafatçılar dəyərli hədiyyələr və diplomlarla mükafatlandırılıb. Qaliblər və qonaqlarla xatirə fotoşəkilləri çəkilib.

Məktəblilər arasında Breyn Rinq turniri təşkil olunub