» » » Əməkdar artist xəstəxanaya yerləşdirildi

Əməkdar artist xəstəxanaya yerləşdirildi

Əməkdar artist xəstəxanaya yerləşdirildi

Nazirlik məlumat yaydı.

Əməkdar artist, Musiqili Teatrın aktrisası Gülnar Salmanova dünən axşam saatlarında Sabunçu Xəstəxanasına yerləşdirilib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə AzNews.az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Vüqar Şıxməmmədov bildirib. Onun sözlərinə görə, Gülnar Salmanovanın səhhəti ilə bağlı məlumatlar nazirliyin nəzarətindədir:
 
“Mütamadi olaraq Musiqli Teatrın direktoru həm xəstəxananın rəhbərliyi, həm də aktrisanın yaxınları ilə əlaqə saxlayır. Xahiş edib ki, onun müalicəsi üçün yaxından köməklik göstərsinlər”.

V.Şıxməmmədov onu da əlavə edib ki, teatrın rəhbərliyi oktyabrın 21-də gecə saatlarına kimi Gülnar Salmanovanın yanında olub:
 
“Onun səhhətinin yaxşılaşması üçün Mədəniyyət və Turizm Nazirliyi də köməklik göstərəcək”.

Qeyd edək ki, Dövlət Musiqili Teatrın aktrisası, əməkdar artist Gülnar Salmanovanın vəziyyəti oktyabrın 19-da yenidən ağırlaşıb. Hərəkətsiz halda olan aktrisanın dili tutulub.

Xatırladaq ki, Gülnar Salmanova xərçəng və şəkərli diabetdən əziyyət çəkir.