» » » Ağdaşda məmurun bahalı maşını belə yandı – VİDEO

Ağdaşda məmurun bahalı maşını belə yandı – VİDEO

Ağdaşda məmurun bahalı maşını belə yandı – VİDEO

Avtomobil yararsız hala düşüb.

Ağdaşda məmurun bahalı avtomobili yanaraq yararsız hala düşdü.

ucarliyiq.biz Milli.Az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, Ağdaş rayonu, Ləki qəsəbəsində, rayon mərkəzindən 15 km aralıda vətəndaşa məxsus "Mitsubishi" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın saat 16:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə şahidlərinin bildirdiklərinə görə isə, əslində yanan daha bahalı "Land Rover Discovery" markalı avtomobil olub. Onların sözünə görə, avtomobil qəfildən alışıb yanmağa başlayıb. 

Onun söndürülməsi üçün edilən cəhdlər isə heç bir nəticə verməyib və avtomobil yararsız hala düşüb. 

Yerli sakinlərin dediklərinə görə, avtomobil Ağdaşda işləyən yüksək vəzifəli məmurlardan birinə məxsusdur.