» » » Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

Paytaxtda hava yağmursuz olacaq, rayonlarda yağış yağacaq.

Avqustun 30-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.

Bu barədə məlumat Ucarliyiq.biz-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.

Məlumata əsasən, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. 

Havanın temperaturunun gecə  21-25° isti, gündüz  29-34° isti, Bakıda gecə 22-24° isti, gündüz  31-33° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 65-75%, gündüz 45-55% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25° isti, gündüz  33-38°, dağlarda gecə 14-19° isti, gündüz 21-26° isti olacağı gözlənilir.

ucarliyiq.biz