» » » İş axtaran gənclər ictimai işlərə cəlb olunacaqlar

İş axtaran gənclər ictimai işlərə cəlb olunacaqlar

İş axtaran gənclər ictimai işlərə cəlb olunacaqlar

Səlahiyyətli icraçı dövlət orqanları müəyyənləşdirilib.

Azərbaycanda baxımsız qalan yetkinlik yaşına çatmayanların günərzi qayğı mərkəzlərinə cəlb edilməsi sahəsində səlahiyyətli icraçı dövlət orqanları müəyyənləşdirilib.

ucarliyiq.biz-ın məlumatına görə, bununla bağlı “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”da müvafiq dəyişiklik edilib.

İcraçı orqanlar qismində Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi müəyyənləşdirilib. Bu dövlət orqanlarına mütəmadi olaraq bu vəzifəni yerinə yetirmək tapşırılıb.

Qeyd edək ki, indiyə qədər yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınması məqsədilə onların bioloji və himayədar ailələrə verilməsi və ya digər alternativ xidmətlərə cəlb edilməsi həyata keçirilib.

Proqrama edilən digər dəyişikliyə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyinə 2015-2018-ci illər ərzində ilk dəfə işaxtaran gənclərin haqqı ödənilən ictimai və mövsümi işlər barədə məlumatlandırılması və bu işlərin təşkil edilməsi tapşırılıb.