» » » Vladimir Putin Leyla Əliyevanı mükafatlandırdı

Vladimir Putin Leyla Əliyevanı mükafatlandırdı

Vladimir Putin Leyla Əliyevanı mükafatlandırdı

Rusiya ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi böyük töhfəyə görə.

Rusiya prezidenti Vladimir Putin bu günlərdə “Əcnəbi vətəndaşların Rusiya Federasiyası dövlət mükafatları ilə təltif edilməsi haqqında” fərman imzalayıb.

Bu barədə ucarliyiq.biz “Vestnik Kavkaz”a istinadən xəbər verir.

Fərmana əsasən, Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva “Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə, iqtisadi əlaqələrin inkişafına, xaricdə rus dili və mədəniyyətinin qorunması və populyarlaşdırılmasına verdiyi böyük töhfəyə görə” Puşkin Medalı ilə mükafatlandırılıb.