» » » Bakıda sərnişinlərin rahatlığı üçün dəyişiklik

Bakıda sərnişinlərin rahatlığı üçün dəyişiklik

Bakıda sərnişinlərin rahatlığı üçün dəyişiklik

NİİM məlumat yaydı.

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi əhaliyə müraciət edib.

NİİM-dən ucarliyiq.biz-ə daxil olan məlumata görə, hazırda dayanacaqlardakı Avtobus İnformasiya Terminallarında avtobusların real vaxtda çatma vaxtlarının əks olunması istiqamətində işlər aparılır. 

Mərkəz bildirir ki, avtobuslarda yeni quraşdırılan izləmə cihazı vasitəsi ilə toplanan məlumatlar avtomatik olaraq dayanacaqlardakı monitorlara ötürüləcək. 

Hazırda bununla bağlı test işləri aparılmaqdadır. 

Qeyd olunub ki, sərnişinlər dayanacaqda olarkən monitora baxaraq ən yaxın avtobusun (marşrutlar üzrə) neçə dəqiqəyə çatacağı haqqında mütəmadi məlumatlandırılacaq. Çox yaxın müddətdə bütün dayanacaqlardakı monitorlarda avtobusun çatma vaxtı haqda dəqiq məlumatlar yerləşdiriləcəkdir. Bu xüsusi proqramın mobil versiyası üzərində də işlər aparılır və yaxın gələcəkdə istifadə veriləcəkdir.

Bakıda sərnişinlərin rahatlığı üçün dəyişiklik