» » » Ramil Usubov 30 gəncə vəzifə verdi

Ramil Usubov 30 gəncə vəzifə verdi

Ramil Usubov 30 gəncə vəzifə verdi

Tədbir keçirilib.

Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasını bitirmiş, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların Bakı Şəhər və Nəqliyyatda Baş Polis idarələrinin orqan və hissələrində vakant olan zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib.

ucarliyiq.biz xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb və son illər bu praktikadan geniş istifadə olunduğunu bildirib. 

Baş Kadrlar İdarəsinin rəis müavini, polis polkovniki Səfər Əliyev Nazirliyə 30 əməkdaşın dəvət edildiyini bildirib və namizədlərin siyahısını elan edib. Daha sonra iddiaçılar orta rəis heyətinə aid müxtəlif vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər.

Onların nəzərinə çatdırılıb ki, püşkatmada iştirak etmiş bütün əməkdaşlar daxili işlər nazirinin müvafiq əmrləri ilə «polis leytenantı» xüsusi rütbəsi verilməklə zabit vəzifələrinə təyin olunurlar