» » » Tanınmış şirkət İbrahim Nehrəmlini borca görə məhkəməyə verdi

Tanınmış şirkət İbrahim Nehrəmlini borca görə məhkəməyə verdi

Tanınmış şirkət İbrahim Nehrəmlini borca görə məhkəməyə verdi

“Aramızda pul söhbəti var”.

“Holcim” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti (ASC) “Avesta Konserni” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

ucarliyiq.biz “Report”-a istinadən xəbər verir ki, ASC pul tələbi barədə iddia irəli sürüb.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılır.

“Avesta Konserni"nin sahibi Hacı İbrahim Nehrəmli açıqlamasında “Holcim” (Azərbaycan) şirkətinin onlara qarşı qaldırdığı məhkəmə iddiasından xəbərsiz olduğunu bildirib: “Bu işlə mən deyil, vəkilim məşğul olur. “Holcim” şirkəti bizi məhkəməyə veribsə, lap yaxşı edib. 

Məhkəmədə də bizə qalib gəlsinlər. Bu haqda başqa məlumat verə bilmərəm. Mən heç bu işlə məşğul olan vəkilin nömrəsini də bilmirəm. Aramızda təxminən 15 min manatlıq pul söhbəti var. Kim-kimi məhkəməyə verir-versin də, burda nə var ki?! Birgə işlədiyimiz şirkətlərdir”.

Qeyd edək ki, tərkibinə bir neçə şirkət daxil olan “Avesta Konserni” çoxmərtəbəli yaşayış binalarının və digər obyektlərin tikintisi ilə məşğul olur. “Avesta Konserni” bundan əvvəl də bir neçə dəfə borca görə məhkəməyə verilib.