» » » DİN Qaraçuxurda sudan zəhərlənənlərlə bağlı məlumat yaydı

DİN Qaraçuxurda sudan zəhərlənənlərlə bağlı məlumat yaydı

DİN Qaraçuxurda sudan zəhərlənənlərlə bağlı məlumat yaydı

Onlardan 19-u azyaşlı uşaqdır.

Daxili İşlər Nazirliyi Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində qəsəbəsində yerləşən yataqxanada yaşayan 28 nəfərin içməli sudan zəhərlənməsi barədə məlumat yayıb.

DİN-dən ucarliyiq.biz-a verilən məlumata görə, hadisə oktyabrın 22-də baş verib.

Sudan 4-ü qadın, 5-i kişi, 19-u azyaşlı olmaqla, ümumilikdə 28 nəfər zəhərlənib.

“Onlar 5 saylı Yolxucu xəstəliklər Xəstəxanasına yerləşdiriliblər. Onlardan 8 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb”, - deyə, nazirlikdən bildiriblər.

Hazırda fakt üzrə araşdırma aparılır.