» » » Azərbaycanın Çexiyadakı səfirliyində ziyafət – FOTO

Azərbaycanın Çexiyadakı səfirliyində ziyafət – FOTO

Azərbaycanın Çexiyadakı səfirliyində ziyafət – FOTO

Fərid Şəfiyev və Yan Hamaçek tədbirdə çıxış ediblər.

Çexiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvlərinin şərəfinə Azərbaycan Respublikasının Çexiya Respublikasındakı Səfirliyində ziyafət təşkil edilib.

ucarliyiq.biz xəbər verir ki, ziyafətdə Çexiya Parlamentinin Deputatlar Palatasının sədri, Çexiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Yan Hamaçek və Parlamentin digər üzvləri iştirak etmişlər.

Tədbirin giriş hissəsində Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev və Yan Hamaçek çıxış etmişlər.

Səfir Fərid Şəfiyev öz çıxışında Çexiya-Azərbaycan münasibətlərinin müxtəlif istiqamətləri, inkişaf etməkdə olan siyasi və iqtisadi əlaqələr, habelə iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri haqqında söhbət açmışdır.

Səfir həmçinin cari ilin 1 noyabr tarixində ölkəmizdə keçiriləcək Parlament seçkilərini izləmək üçün Çexiya qanunvericilik orqanını təmsil edən deputatlar qrupunun Azərbaycana səfər edəcəklərini qeyd etmişdir.

Daha sonra çıxış edən Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek öz ölkəsinin Azərbaycan ilə əməkdaşlığa verdiyi önəm haqqında bəhs etmiş və bu əməkdaşlığın daha da dərinləşməsinə ümid etdiyini vurğulamışdır.

Daha sonra qonaqların şərəfinə ziyafət təqdim edilmişdir. 