» » » Azərbaycanda hava şəraiti kəskin dəyişəcək

Azərbaycanda hava şəraiti kəskin dəyişəcək

Azərbaycanda hava şəraiti kəskin dəyişəcək

Bəzi yerlərə qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava ilə bağlı xəbərdarlıq yayıb.

Nazirlikdən ucarliyiq.biz-a daxil olan məlumatda bildirilir ki, oktyabrın 26-dan 29-dək ölkə ərazisində yenidən hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperatur tədricən 4-7 dərəcə aşağı enəcək.