» » » Bakıda polis 24 yaşlı piyadanı vurub öldürdü

Bakıda polis 24 yaşlı piyadanı vurub öldürdü

Bakıda polis 24 yaşlı piyadanı vurub öldürdü

Faktla bağlı araşdırma aparılır.

Bakının Ziya Bünyadov prosopektində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

ucarliyiq.biz Musavat.com-a istinadən xəbər verir ki, qəzanı törədən polis əməkdaşı olub. 

Nəsimi Rayon Polis İdarəsi Post Patrul Xidməti bölüyünün polis serjantı, 1979-cu il təvəllüdlü Müşfiq Eminov idarə etdiyi “Mercedes E-200” markalı, 90 ZD 769 dövlət nömrə nişanlı avtomobillə piyadanı vurub.

Piyada Bakı sakini, 1991-ci il təvəllüdlü Murad Abıyev olub. Ağır yaralanan piyada 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib. M.Abıyevə tibbi yardım göstərsələr də onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.