» » » Liberman Azərbaycanda parlament seçkilərini müşahidə edəcək

Liberman Azərbaycanda parlament seçkilərini müşahidə edəcək

Liberman Azərbaycanda parlament seçkilərini müşahidə edəcək

İsrail nümayəndə heyəti oktyabrın 30-da Bakıya gələcək.

Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün İsraildən gələn nümayəndə heyətinin tərkibində İsrailin keçmiş xarici işlər naziri, “Naş dom- İsrail” partiyasının lideri Aviqdor Liberman da var. 

ucarliyiq.biz-ın “Seçki-2015”ə  istinadən verdiyi məlumata görə, bu barədə “AZİZ” İsrail- Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak məlumat verib.
 
Onun sözlərinə görə, İsrail nümayəndə heyəti oktyabrın 30-da Bakıya gələcək.
 
Nümayəndə heyətinin tərkibinə 4 nəfər- İsrailin keçmiş xarici işlər naziri, “Naş dom- İsrail” partiyasının lideri Aviqdor Liberman, keçmiş nazir Sofa Landver, İsrail parlamentinin üzvü Konstantin Razbozov, İsrailin ABŞ-dakı keçmiş səfiri Maykl Oren daxildir.
 
Qeyd edək ki, noyabrın 2-də İsrail nümayəndə heyəti seçki müşahidələrinin nəticəsi ilə bağlı mətbuat konfransı keçirməyi də planlaşdırır.