» » » Müsavat partiyası mitinq keçirdi

Müsavat partiyası mitinq keçirdi

Müsavat partiyası mitinq keçirdi

Aksiyada 500-ə yaxın adam iştirak edib.

Oktyabrın 25-də Müsavat partiyası Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda seçkiqabağı təşviqat mitinqi keçirib.

ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, mitinqdə Müsavat partiyasından Milli Məclisə namizədliyi irəli sürülmüş şəxslər, onların vəkilləri, habelə partiyanın funksionerləri, fəalları və üzvləri iştirak ediblər.

Seçkiqabağı təşviqat aksiyasında çıxış edən partiya funksionerləri Müsavatdan olan namizədlərin seçki platforması barədə mitinq iştirakçılarına məlumat veriblər və seçiciləri fəal olmağa, həmin namizədlərə səs verməyə çağırıblar.

Hər hansı insidentin qeydə alınmadığı aksiyada 500-ə yaxın adam iştirak edib.