» » » Mirşahin Ağayev: Eldar şamından yıxılanlar... – VİDEO

Mirşahin Ağayev: Eldar şamından yıxılanlar... – VİDEO

Mirşahin Ağayev: Eldar şamından yıxılanlar... – VİDEO

“Tora bu boyda balığın düşəcəyi gözlənilmirdi.”

Mirşahin Ağayev dünən "Hesabat"da eks-MTN şefi Eldar Mahmudovdan danışıb.

ucarliyiq.biz həmin süjeti təqdim edir:

Əlbəttə, Prezident neçə müddət idi ki, deyirdi, xəbərdarlıq edirdi və idman reportyorlarının dili ilə desək, qol yaranmaqdaydı. Amma tora bu boyda topun və ya balığın düşəcəyini əksəriyyət gözləmirdi.

Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən çıxarıldı və gövdəli, cüssəli bir nəfərin çıxarıldığı yerdə böyük bir çala yarandı.

Eldar Mahmudovun götürüldüyü yerin ağzı açıldı, nə açıldı, dükan dolusu şərab burdan keçdi, “Range Rover”lər, “Maserati”lər şütüyüb 40 incə bellə burdan keçdi… əsir götürülmüş manat-manat, dollar-dollar şahidlər - şahbaz igidlər burdan keçdi.

Ölkənin Milli Təhlükəsizlik Nazirliyinin əslində yavaş-yavaş ölkənin milli təhlükə nazirliyinə çevirməkdə olduğunu gördük. Rahat-rahat arxalanaraq təhlükəsizliyimizi etibar etdiyimiz insanların nəhəng bir Eldar şamına çevrildiyini kim ağlına gətirə bilərdi ki? İndi artıq ziyanı yoxdu, ya yıxılıb, ya sönüb. Hər iki halda bu şamın işığı yox kölgəsi, ucalığı yox yeri qalıb.

Həmişə zirzəmisi zirzəmidə deyil, damdadır deyə orijinallığı ilə seçilən bu qurum doğrudanmı əslində baş-ayaqmış. Heyrət götürür adamı ki, balam bu adamlar şir ürəyi yeyib nədir? Axı ortada İlham Əliyevin imzası ilə ya arxivə, ya da türməyə tolazlanmış nə qədər nazir var… Görünür ilk növbədə ona görə ki, bu adamlar vəzifəyə gələn kimi özlərini qanundankənar elan edirlər. Onlar hamıdan yuxarı olurlar. Özlərini toxunulmaz sayırlar. Mətbuat və ictimai gözdən uzaq düşərək, könüldən də iraqa düşürər və sonda üzdəniraqlaşırlar. Bax belə.

Ona görə də dövlət məmurları, prezidentin təbirində desək xalqın xidmətçiləri olduqlarını unutmamalıdırlar. Onlar dövlət qulluqçusunu tənqid etmək olmaz, bu prezidentin təyin etdiyi şəxsdir, toxunulmazdır deməməldirlər. Əksinə, İlham Əliyevin son zamanlar xüsusilə sadə insanlardan interaktiv yanaşma tələbatına fikir verilməlidir.

“Məlumat ya gecikir, ya gəlmir, ya da, o da sirr deyil ki, məlumatı gizlətmək istəyirlər. Ona görə Azərbaycanda azad mətbuatın mövcudluğu mənim də işimi yüngülləşdirir. Administrasiyada və digər yerlərdə, strukturlarda işləyənlər bunu bilirlər ki, mən bəzi hallarda məlumatı onlardan tez əldə edirəm və dərhal reaksiya verirəm. Ən azı ki, bu, yoxlanılmalıdır. Əgər həqiqətdirsə, ölçü götürülməlidir”, – deyə İlham Əliyevin qeyd edib.

Heç bir qurum, heç bir nazir, heç bir komitə və şura sədri toxunulmaz olmağa çalışmamalıdır.