» » » 9 yaşlı azərbaycanlı qız Lara Fabianla duet oxudu – VİDEO

9 yaşlı azərbaycanlı qız Lara Fabianla duet oxudu – VİDEO

9 yaşlı azərbaycanlı qız Lara Fabianla duet oxudu – VİDEO

Türkiyə səhnəsində.

Dünyaca məşhur pop ulduzu Lara Fabian İstanbulda konsert verib.

ucarliyiq.biz Türkiyə KİV-nə istinadən xəbər verir ki, Lara Fabian İstanbulda olmağın onun üçün bir zövq olduğunu ifadə edərək “İnanın, türk dilində söyləməyi diləyirəm, amma musiqi yolu ilə ürəyimin dilini anlamanız üçün bu gecə əlimdən gələnin ən yaxşısını edəcəyəm.

Burada olduğunuz üçün çox təşəkkür edirəm” deyib.

Məşhur ulduz Ankaradakı terror hücumlarına toxunaraq bunları söyləyib:

“Sevgili İstanbul. Eynisini Ankara üçün də söyləməyi istərdim. İnsanlıq yaralanır. Biz həqiqətən bu gün burada olmaq ya da olmamaq haqqında çox düşündük, amma sonra sizlə birlikdə olmağımın lazım olduğuna qərar verdim. Çünki belə zamanlarda birlikdə olmalıyıq. Bəlkə musiqi sülhü və dözümlülüyü özü ilə gətirər”.

Konsertdə diqqət çəkən məqamlardan biri də 9 yaşlı azərbaycanlı qızcığazın çıxışı olub. Fidan Hüseynova  Lara Fabianla birgə “Je t’aime” mahnısını səsləndirib.

Xatırladaq ki, ötən ilin noyabrda ulduzun Bakıda Heydər Əliyev səhnəsində çıxışı zamanı Fidan Hüseynova onunla birlikdə duet ifa etmişdi.