» » » Nazirlik: Bu il 1069 nəfərə narkomaniyadan məcburi müalicə təyin edilib

Nazirlik: Bu il 1069 nəfərə narkomaniyadan məcburi müalicə təyin edilib

Nazirlik: Bu il 1069 nəfərə narkomaniyadan məcburi müalicə təyin edilib

Könüllü məsləhət və müayinə məntəqəsi yaradılıb.

Azərbaycan prezidentinin 2013-cü il 24 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının aidiyyəti bəndlərinin icrası ilə bağlı 2015-ci ilin 9 ayı ərzində bir sıra işlər görülüb. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ucarliyiq.biz-a verilən xəbərə görə, Ədliyyə Nazirliyi tərəfindən 9 ay ərzində Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək üçün 1882 nəfər göndərilib: 

“Onlardan 1069 nəfərinə narkomaniyadan məcburi müalicə təyin edilib”.

Məlumatda bildirilib ki, 2015-ci ilin 9 ayı ərzində 12 özəl tibb müəssisəsinə və 5 aptekə baxış keçirilib və müvafiq aktlar tərtib olunub.

2015-ci ilin 9 ayı ərzində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 24925 nəfər keçib: 

“Onlardan 554 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 189 nəfər istifadəçi aşkarlanıb və müvafiq qeydiyyata götürülüb”.

2015-ci ilin 9 ayı ərzində 2157 nəfər stasionar müalicəyə qəbul olunub: 

“Onlardan 1016 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları”, 933 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozları ilə stasionar müalicəyə qəbul olunub. 208 nəfəri isə digər diaqnozlarla stasionar müalicəyə qəbul edilib”.

Qeyd olunub ki, Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzində insan immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsinin yaradılması barədə” 22/I-ŞH saylı 16.07.2011-ci il tarixli əmrinə əsasən 14.07.2011-ci il tarixdən Respublika Narkoloji Mərkəzində insanın immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsi yaradılıb: 

“2015-ci ilin 9 ayı ərzində müayinədən 1783 nəfər keçib. Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində aparılan işlər və bu bəlaya düçar olmamağın yolları barədə mütəmadi olaraq təbliğat aparırlar”.