» » » Bakıda qəza: Qadın maşın aşırtdı – FOTO

Bakıda qəza: Qadın maşın aşırtdı – FOTO

Bakıda qəza: Qadın maşın aşırtdı – FOTO

Hər üç sürücünün qaydanı pozduğu ehtimal olunur.

Bakının Səbail rayonu ərazisində yol qəzası baş verib, qəzaya uğrayan üç avtomobildən biri aşıb.

ucarliyiq.biz-ın APA-ya istinadən məlumatına görə, hadisə Dövlət bayrağı meydanının yaxınlığında qeydə alınıb.

Yolun Bibiheybət istiqamatətindəki hissəsi ilə hərəkətdə olan və Günay Məmmədovanın idarə etdiyi “Hyundai” markalı avtomobil eyni istiqamətdə hərəkət edən və Viktor Pavlovun idarə etdiyi "Mitsubishi" markalı pikap avtomobilinə çırpılıb.

Nəticədə "Mitsubishi" aşıb. Özəl şirkətlərdən birinə məxsus olan avtomobilin sürücüsü yüngül xəsarət alıb. Arxadan gələn "Hyundai" markalı digər avtomobil isə qəzaya uğramış avtomobilə çırpılıb, sürücü Elşən Mustafayev idarəetməni itirib və maşını yol kənarındakı yaşayış divarına vurub.

Yol-Patrul Xidmətinin əməkdaşları hadisə yerində araşdırma aparıblar. İlkin ehtimala görə, qəzaya "Hyundai"nin sürücüsü Günay Məmmədovanın manevr qaydalarını pozması səbəb olub. Eyni zamanda, "Mitsubishi"inin sürət həddini aşdığı, digər "Hyndai"nin sürücüsünün düzgün ara məsafəsi saxlamadığı ehtimal olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bakıda qəza: Qadın maşın aşırtdı – FOTO

Bakıda qəza: Qadın maşın aşırtdı – FOTO

Bakıda qəza: Qadın maşın aşırtdı – FOTO

Bakıda qəza: Qadın maşın aşırtdı – FOTO

Bakıda qəza: Qadın maşın aşırtdı – FOTO