» » » “National Geographic Azərbaycan” və Coğrafiya İnstitutu qolfçuların qonağı oldu – FOTO

“National Geographic Azərbaycan” və Coğrafiya İnstitutu qolfçuların qonağı oldu – FOTO

“National Geographic Azərbaycan” və Coğrafiya İnstitutu qolfçuların qonağı oldu – FOTO

Görüş keçirilib.

Oktyabrın 25-də “National Geographic Azərbaycan” jurnalı və AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutu arasında görüş keçirilib.

ucarliyiq.biz xəbər verir ki, Azərbaycan Qolf Federasiyasında jurnalın təşəbbüsü və federasiyanın təşkilatçılığı ilə keçirilmiş görüşdə əsas diqqət “National Geographic Azərbaycan” jurnalı ilə institut arasında sıx əlaqələr və uzunmüddətli əməkdaşlığın qurulmasına yönəldilib.

Tədbiri giriş sözü ilə açan jurnalın baş redaktoru Seymur Teymurov qonaqları salamlayaraq onlara bizi əhatə edən kainatın bütün sahələrini əhatə edən “National Geographic Azərbaycan” jurnalı barədə ətraflı məlumat verib və Coğrafiya İnstitutu ilə əməkdaşlığın vacibliyini vurğulayıb.

Öz növbəsində, Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədov tədbirin keçirilməsindəki əməyinə görə “National Geographic Azərbaycan”-a təşəkkürünü bildirərək institutun son illərdə gördüyü işlər barədə məlumat verib, gələcək əməkdaşlığın istiqamətlərindən söz açıb.

Qeyri-rəsmi formatda təşkil edilən görüş daha sonra çay süfrəsi arxasında davam edib. Görüş iştirakçıları həmçinin Azərbaycan Qolf Federasiyasının yaratdığı imkandan və gözəl payız havasından istifadə edərək, qolf meydançasında bu gözəl oyundan da zövq alıblar.