» » » 20 nəfər azərbaycanlı Rusiya ərazisindən çıxarıldı

20 nəfər azərbaycanlı Rusiya ərazisindən çıxarıldı

20 nəfər azərbaycanlı Rusiya ərazisindən çıxarıldı

Başqırdıstan respublikasının Federal məhkəmə pristavları xidməti məlumat yayıb.

İlin əvvəlindən məhkəmə qərarlarına müvafiq olaraq, Başqırdıstan respublikası üzrə Federal məhkəmə pristavlarının xidməti əməkdaşları tərəfindən Rusiya ərazisindən məcburi olaraq yaxın və uzaq xarici ölkələrdən olan 471 qanunsuz mühacir çıxarılıb.  

ucarliyiq.biz İdarənin mətbuat xidmətinə istinadən xəbər verir ki, Özbəkistan – 293 nəfər, Tacikistan – 92 nəfər, Azərbaycan – 20 nəfər və Ermənistan – 16 nəfər ilə liderlər sırasındadır.

Ötən il Başqırdıstan məhkəmə pristavları yaxın və uzaq xaricdən olan, miqrasiya qanunvericiliyni pozan 539 nəfəri vətəninə geri göndərib, məlumatda qeyd edilir.