» » » 11 avqust: Buludlu və küləkli hava

11 avqust: Buludlu və küləkli hava

11 avqust: Buludlu və küləkli hava

Sabah ölkədə yağmursuz hava müşahidə olunacaq. Ucarliyiq.biz-inEkologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, avqustun 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Gün ərzində əsən şimal-qərb küləyi gündüz cənub-şərq küləyinə keçəcək.
Bakıda və Abşeron yarımadasında avqustun 11-də havanın temperaturu gecə 23-26˚, gündüz 30-35˚ isti olacaq.
Avqustun 11-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu aran rayonlarında gecə 19-24˚, gündüz 35-38˚ isti, dağlarda gecə 13-18˚, gündüz 24-29˚ isti olacaq.

Mənbə: Ans</span