» » » Azərbaycanda marixuananın istifadəsi leqallaşa bilərmi?

Azərbaycanda marixuananın istifadəsi leqallaşa bilərmi?

Azərbaycanda marixuananın istifadəsi leqallaşa bilərmi?

“Ölkəmizdə müxtəlif diskotekalarda narkotik vasitələrdən istifadə olunur”.

Gürcüstan Konstitusiya Məhkəməsi marixuana istifadəsinə dair tarixi hökm çıxarıb.

Belə ki, bundan sonra qonşu ölkədə məhkəmənin yeni qərarına uyğun olaraq, narkotik maddə ilə saxlanılan şəxsin bu maddədən şəxsi və ya satış məqsədi ilə istifadə etdiyi müəyyənləşdirilməlidir. Əgər narkotik maddə şəxsi məqsədlə istifadə edilirsə, həmin adam həbs olunmayacaq.

Gürcüstanda qəbul edilən bu qərarın Azərbaycan üçün hansı təsiri ola bilər? Ölkəmizdə marixuana istifadəsi leqallaşa bilərmi?

ucarliyiq.biz xəbər verir ki, Məsələ ilə bağlı musavat.com-a Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin müdir müavini Leyla Yolçiyeva danışıb. O bildirib ki, Azərbaycan qanunlarına görə, ölkədə istənilən növ narkotikin istifadəsi qadağandır:

“Lakin dünyanın bir çox ölkələrində marixuana kimi narkotik vasitələrdən istifadə leqallaşdırılıb. Gürcüstanda və ya digər yaxın qonşu ölkələrdə marixuananın istifadəsinin qanuniləşdirilməsi o demək deyil ki, Azərbaycana da bunu kimsə leqal şəkildə gətirə bilər. Bu mümkün deyil. Onu qeyd edim ki, narkotik vasitələrin 95 faizi Əfqanıstanda istehsal olunur.  

Avropaya isə Azərbaycanın üzərindən daşınır. Bu iki marşrut üzrə aparılır. Birincisi Əfqanıstan-İran, İran- Azərbaycan və buradan da Rusiya, Gürcüstana çıxarılır. Daha sonra isə Avropa ölkələrinə paylanılır. Baxmayaraq ki,  Azərbaycan ərazisindən istifadə edərək narkotik daşımasına icazə verilmir, ancaq onlar nəzarətsiz zonalardan yararlanaraq, buna bəzən nail ola bilirlər.

Belə ki, lazımı qurumlar və güc sturukturları bu istiqamət üzrə əməliyyatlar keçirsələr də  xüsusilə dağlıq ərazilərdə nəzarət   postları yerləşdirilməyib.  Ona görə də həmin insanlar çalışırlar ki, bu yollarla narkotikləri daşısınlar”.

L.Yolçiyeva bildirib ki, Azərbaycan üzərindən narkotik daşımağa cəhd edənlər  daha çox Rusiya, Əfqanıstan, Ukrayna, İran vətəndaşı olurlar:

“Onlar da etiraf edirlər ki, hansı yollarla  narkotik daşımağa cəhd ediblər. Onu da qeyd edim ki, nəzarətsiz zonalarda post yerləşdirilmədiyi üçün insanların keçməsi üçün yol da yoxdur.  Azərbaycanda qeyri-qanuni olaraq müxtəlif diskotekalarda, barlarda və bu kimi iaşə yerlərində həb şəkilində olan narkotik vasitələrdən istifadə olunur.

Həmin həblər insanlara əlavə enerji verir.  Məhz bu həblərin ölkəyə gətirilməsi üçün bəzi şəxslər müxtəlif yollara əl atırlar. Lakin  hətta bu həblərin belə ölkədə qanuni yolla satışına icazə verilmir”.

L.Yolçiyeva ölkədəki narkotik istifadəçiləri ilə bağlı son statistik məlumatı da açıqlayıb:

“Rəsmi statistikaya görə, ölkədə 28656 nəfər  narkoman var. Bunun isə 554 nəfəri qadınlar, 666 nəfəri isə anonim müalicə alanlardır. Lakin bunu da qeyd edək ki, dünya təcrübəsinə görə, qeyri-rəsmi məlumatlar, rəsmi məlumatlardan 5  və ya 10 dəfə çox olur”.