» » » Banka borcu olan hakim bankla bağlı işə baxmayacaq

Banka borcu olan hakim bankla bağlı işə baxmayacaq

Banka borcu olan hakim bankla bağlı işə baxmayacaq

Quliyev o işdən kənarlaşdırılıb.

Bu gün Yasamal Rayon Məhkəməsində “Nikoil Bank”ın vəkil Əkrəm Həsənov və aznews.az xəbər saytına qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçirilib.

ucarliyiq.biz “Report”-a istinadən xəbər verir ki, iclasda məhkəmənin sədri Ələddin Cəfərovun qəbul etdiyi qərardad elan olunub. 

Məlum olub ki, məhkəmə sədri vəkil Əkrəm Həsənovun hakim Zəfər Quliyevlə bağlı etirazını təmin edib, yəni Z.Quliyev bu işdən kənarlaşdırılıb. İş baxılması üçün məhkəmənin digər hakiminə - Sərdar Mehrəliyevə verilib.

Hakim Sərdar Mehrəliyev məhkəmənin növbəti iclasını noyabrın 13-nə təyin edib.

Qeyd edək ki, hazırlıq iclasında vəkil Əkrəm Həsənov hakim Zəfər Quliyevə etiraz edib. O, etirazını hakim Zəfər Quliyevin 2012-ci ildə “Nikoil Bank”dan 25 il müddətinə 50 000 manat məbləğində ipoteka krediti götürərək Bakı şəhəri, Gəncə prospekti, ev 73-də 47 nömrəli mənzili alması ilə əsaslandırıb.

Xatırladaq ki, Əkrəm Həsənov bu il avqustun 24-də “Facebook”da “Əmanətimi hansı banka qoyum?” başlıqda yazı yazdığı üçün “Nikoil Bank” vəkilə və bununla bağlı xəbər yayan aznews.az xəbər saytına qarşı 35000 manat iddia tələbi irəli sürüb.