» » » Belə sürücüləri və sərnişinləri cərimə gözləyir - VİDEO

Belə sürücüləri və sərnişinləri cərimə gözləyir - VİDEO

Belə sürücüləri və sərnişinləri cərimə gözləyir - VİDEO

Bu əməllərə qarşı ən yaxşı mübarizə üsulu ictimai qınaq sayılır.

Son zamanlar sosial şəbəkələrdə paytaxt Bakıda avtomobillərdən yola zibil atan sürücülərlə bağlı daha çox görüntülər yayılmağa başlayıb.

Belə sürücüləri və sərnişinləri hansı cəzalar gözləyir və bu hala qarşı necə effektiv mübarizə aparmaq olar?

Sükan arxasında olan sürücülərdən biri yola su qabı, digəri isə siqaret qutusu atır. Görüntülər Bakıda avtomobillərdə olan kameralara düşüb. Nəqliyyat vasitələrindən çölə atılan əşyaların hesabına yol kənarlarında zibilliklər yaranır.

Belə sürücü yolu zibilləməklə yanaşı, həm də digərləri üçün təhlükə yaradır. Bəzən qarşıdakı avtomobildən atılan zibil hətta ağır qəzaya səbəb ola bilər.

Şəhər sakinləri də belə sürücüləri qınayır.

İnzibati Xətalar Məcəlləsində isə belə hadisələri törədən yol iştirakçıları üçün cərimə nəzərdə tutulub. Cərimə təkcə sürücülərə yox yola zibil atan sərnişinlərə də şamil edilir.

Amma görünən odur ki, cərimələr insanları yola zibil atmaqdan çəkindirmir. Bu əməllərə qarşı ən yaxşı mübarizə üsulu ictimai qınaq sayılır. Yaxşı olar ki, hər bir şəxs yola zibil atan sürücülərə öz iradını bildirsin. Necə ki, bir müddət əvvəl Ruisyada piyada, yola tökülən zibilləri toplayıb həmin sürücünün maşına atmışdı.

Mənbə: Xəzər xəbər