» » » Azərbaycanda dəhşətli qəza: Ölən və yaralananlar var

Azərbaycanda dəhşətli qəza: Ölən və yaralananlar var

Azərbaycanda dəhşətli qəza: Ölən və yaralananlar var

Ölənlərdən biri 3 yaşlı körpədir.

Bakı-Qazax magistralında dəhşətli yol qəzası baş verib. 

ucarliyiq.biz xəbər verir ki, Lent.az-ın məlumatına görə, yolun 281-ci kilometrliyində - Ağdaş rayonu ərazisində 90 DO 361 nömrə nişanlı "Mercedes" ilə 90 DA 851 nömrə nişanlı "VAZ 2106" toqquşub.

Qəza nəticəsində "VAZ 2106"nın sürücüsü və 3 yaşlı körpə oğlan hadisə yerindəcə keçinib. Daha 2 nəfər: 65 yaşlı qadın və 13 yaşlı oğlan isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.