» » » Azərbaycanda abituriyentlərin onlayn hazırlığı üçün yeni – SAYT + FOTO

Azərbaycanda abituriyentlərin onlayn hazırlığı üçün yeni – SAYT + FOTO

Azərbaycanda abituriyentlərin onlayn hazırlığı üçün yeni – SAYT + FOTO

Evdən çıxmadan ali məktəbə hazırlq proqramı təqdim olundu.

Müasir dünyamızda cəmiyyətimiz onlayn təhsil və elektron tədris üsullarına qarşı olan şübhə baryerini artıq aşıb. Məsafəli təhsilin inkişaf problemlərinə indi daha çox diqqət ayrılır.  

Əvvəllər onlayn tədris təhsilin bir növü kimi nəzərdən keçirilirdisə, hal-hazırda onlayn tədrisin bu və ya digər elementlərinin tədris ocaqlarında ənənəvi təhsildə tətbiq edilməsinin şahidi oluruq.

İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə əlbəttə ki, təhsil prosesinin həyata keçdiyi təhsil mühiti də dəyişir. Bu dəyişikliklər isə gələcəkdə, məhz daha mobil - müxtəlif vasitə, metod və texnologiyaların tətbiq ediləcəyi təhsil prosesinə yer veriləcəyini göstərir.

Azərbaycanda abituriyentləri ali məktəblərə hazırlayan ilk onlayn təhsil proqramı – 700.az layihəsi abituriyentlərə TQDK-nın (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) qəbul proqramına onlayn hazırlaşmağa kömək edən və Azərbaycanın ən təcrübəli müəllimlərini virtual olaraq evimizə gətirən innovativ vasitədir.

Təqdimat mərasimində çıxış edən 700.az saytının təsisçilərindən biri Tələt Talayev saytın yaranmasından, işləmə prinsipindən, üstünlüklərindən danışdı.

O, çıxışında bu tədris proqramının üstünlükləri sırasında nəqliyyat xərclərinin və yola zaman sərfinin olmadığı, digər hazırlıq kurslarından fərqli olaraq ödəmələrin sərfəli olması və ilk on dərsin ödənişsiz olmasından danışdı.

Üstünlüklər sırasında isə dərslərə istənilən an təkrar baxılması, hər dərsdən sonra məlumatın qəbul edilməsi səviyyəsini yoxlamaq üçün test suallarının təqdim olunması imkanı xüsusi vurğulandı.

Dərslərə abunə olan tələbələr hər ay sınaq testlərindən keçir və öz bilik səviyyəsinin statistikasını izləmiş olurlar. Bu proqram vaxt məhdudiyyəti olan abituriyentlərlə yanaşı, fiziki məhdudiyyəti olan tələbələr üçün də çox əlverişlidir.  

Bundan sonra Tələt Talayev, bütün dərslərə baxmaq üçün abunə olmaq lazım olduğunu, illik abunə haqqının 80 manat, bir qrupun (5 fənn) bir illik abunə haqqının isə cəmi 250 manat, ödənişin isə MasterCard, VisaCard, Albalı Kart, Bolkart, eləcə də MilliÖn terminalları vasitəsilə və ofisdə nağd olaraq ödəməyin mümkün olduğunu bildirdi.

Saytın texniki özəllikləri barədə geniş məlumatı isə layihə rəhbəri Nərgiz Həsənova verdi.  

Çıxışına saytın sadə və hər kəs üçün aydın olacaq menyusu barədə söhbətlə başlayan layihə rəhbəri, sayta abunə olmadan başlayaraq, tələbənin istənilən fənni seçərək dərsləri dinləmək, müəllim və valideyn nəzarəti, vebinarlara qoşulmaq, müəllim və sayta abunə olan digər abituriyentlər ilə forumda ünsiyyət, testlərdən keçmə, abituriyentlərin dərslərdə iştirak etdiyi təqdirdə onun müvəffəqiyyət cədvəli kimi funksiyaları barədə geniş məlumat verdi.

Daha sonra layihənin yaradılmasında əvəzsiz rolu olan müəllimlərdən Coğrafiya müəllimi Famil İsayevə söz verildi. Daha sonra layihədə dərsləri təqdim edilən müəllimlərin tanıtım videosu tədbir iştirakçılarına təqdim edildi.

Təqdimat mərasimində iştirak edən TQDK-nın təşkilat şöbəsinin rəisi Arzu Bağırov dünya təhsilində tətbiq edilən, amma Azərbaycanda ilk olan 700.az təhsil proqramının yaradıcı kollektivinə uğurlar arzuladı. Bu proqramın məhz gənclər tərəfindən hazırlanmasının sevindirici hal olduğunu bildirdi.

Bu qəbildən olan saytlar arasında 700.az saytının daha maraqlı yanaşmaya malik olduğunu bildirən A.Bağırov gənclərdə məsafəli təhsilə, interaktiv dərslərə marağın TQDK-nın yaratdığı şəffaflığın, obyektiv yanaşmanın nəticəsi olduğunu vurğuladı.

O, müasir gənclərin internet vasitələrindən daha çox istifadə etdiklərini, layihənin özəllikləri sırasında isə ucqar regionlarda olan abituriyentlərin belə ən yaxşı müəllimlərdən dərs alacaqlarını göstərdi.  

Tədbirin sonunda yaradıcı kollektiv tədbirdə iştirak edən KİV nümayəndələrinin suallarını cavablandırdı.

Bu vasitə ali məktəb imtahanlarına hazırlaşmaq istəyən, amma buna vaxt və ya maddi vəziyyətin məhdudiyyəti ucbatından nail ola bilməyənlər üçün çıxış yoludur. Belə ki, 700.az onlayn təhsil proqramına TQDK-nın proqramına daxil olan bütün fənn blokları üzrə ölkənin təcrübəli müəllim heyəti cəlb edilib, onların iştirakı ilə hazırlanmış video-dərslər sayt vasitəsilə abituriyentlərin istifadəsinə təqdim olunub.

Azərbaycanda abituriyentlərin onlayn hazırlığı üçün yeni – SAYT + FOTO

Azərbaycanda abituriyentlərin onlayn hazırlığı üçün yeni – SAYT + FOTO

Azərbaycanda abituriyentlərin onlayn hazırlığı üçün yeni – SAYT + FOTO

Azərbaycanda abituriyentlərin onlayn hazırlığı üçün yeni – SAYT + FOTO

Azərbaycanda abituriyentlərin onlayn hazırlığı üçün yeni – SAYT + FOTO

Azərbaycanda abituriyentlərin onlayn hazırlığı üçün yeni – SAYT + FOTO

Azərbaycanda abituriyentlərin onlayn hazırlığı üçün yeni – SAYT + FOTO

Azərbaycanda abituriyentlərin onlayn hazırlığı üçün yeni – SAYT + FOTO

Azərbaycanda abituriyentlərin onlayn hazırlığı üçün yeni – SAYT + FOTO