» » » Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçdi

Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçdi

Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçdi

Ramil Usubov əmr imzalayıb.

Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçdi, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

ucarliyiq.biz-ın xəbərinə görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar polis oktyabrın 28-dən noyabrın 3-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.
 
Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.