» » » Məşhur aparıcı NİİM-dən reportaj hazırladı – VİDEO

Məşhur aparıcı NİİM-dən reportaj hazırladı – VİDEO

Məşhur aparıcı NİİM-dən reportaj hazırladı – VİDEO

Aparıcı mərkəzdən asılı olan məqamlara toxunub.

Tanınmış radio aparıcısı, bloger Tural Yusifov Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən reportaj hazırlayıb.

ucarliyiq.biz xəbər verir ki, reportajda aparıcı NİİM-in fəaliyyəti haqqında danışıb.

Aparıcı Bakıda yol hərəkətinin necə təşkil olunması, mərkəzin yaranmasından sonra yollarda hansı dəyişikliklərin olması və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən asılı olan bir sıra məqamlara toxunub.

NİİM-dən aparıcıya Bakı şəhərində yol hərəkətinin necə təşkil olunması, sıxlıq müşahidə olunan zaman mərkəz tərəfindən hansı addımların atılması barədə məlumat verilib.

Daha sonra NİİM-in əməkdaşları tərəfindən Bakıda sıxlığın aradan qaldırılması üçün yolun optimallaşdırılmasına dair hazırlanmış təkliflər diqqətə çatdırılıb.

Elvin Əhmədov